QARA BAYRAM

bir şəxsin ölümündən sonrakı ilk Novruz bayramı; dünyasını dəyişmiş şəxsin bu bayram ərəfəsində, bir qayda olaraq, məzarının ziyarət edilməsi ilə müşayiət olunan xatirə günü.

QARA BASMAQ
QARA CAMAAT
OBASTAN VİKİ
Bayram
Bayram — milli, dini və xüsusi olaraq əhəmiyyəti olan,qeyd olunan gün və ya günlərdir. == Türk xalq mədəniyyətində bayramlar == Türk və altay xalq inancında bayram xüsusiyyəti daşıyan fərqli müqəddəs günlər tapılar. Türklərdə İslam əvvəli ümumi qəbul görmüş iki bayram vardır. Qoçaqan: Bahar gün dönümü. (Qoça və Saya) Paqtıqan: Payız gün dönümü. (Paqta və Payna) Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar. Qoçagan (Kosa) baharda edilir və Novruz bayramıdır, bahar gün dönümündedir. Qoça xan adına edilir. Paqtıqan (Paqta) isə payız gün dönümündedir və Baxtı Xan adına edilir. Yakutlar payız bayramına "Abası Isıyah", bahar bayramı ilə isə "Ayıhı Isıyah" deyərlər.
Bayram (ad)
Bayram — Azərbaycan və Türkiyədə çox işlədilən ad və təxəllüs. Bayram — milli, dini və ya xüsusi olaraq əhəmiyyəti olan və qeyd olunan gün və ya günlər. == Bu adı olan tanınmış insanlar == Bayram Bayramov — Azərbaycan xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990) Bayram Apoyev — pedaqoji elmlər namizədi, dekan (2007-ci ildən), dosent. Bayram Salmanov — azərbaycan əsilli Rusiya rəssamı Bayram bəy Əliyev — Bayram xan Baharlı — Bayram Niyazi Kiçikxanlı — Bayram Hacıyev — Bayram Hüseynli — Bayram xoca — Bayram Allahverdiyev — Bayram Rüstəmov — Bayram Yusifov — == Bu təxəllüsü olan tanınmış insanlar == Tofiq Bayram — Azərbaycan şairi.
Bayram (dəqiqləşdirmə)
Bayram — milli, dini və ya xüsusi olaraq əhəmiyyəti olan və qeyd olunan gün və ya günlər. Bayram (Üskü) — İranda kənd. Bayram (şəhər) — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. Bayram namazı — Fitr bayramı və Qurban bayramı namazları. Bayram (dərgi) — İranda dərgi.
Bayram (dərgi)
Bayram (fars. بايرام‎) — 2007-ci ilin mart ayından İranın Zəncan şəhərində Azərbaycan və fars dillərində yayınlanan müstəqil ədəbi-kulturoloji dərgi. == Ümumi məlumat == “Bayram” dərgisinin ilk sayı 2007-ci ilin mart ayında İranın (Güney Azərbaycan) Zəncan şəhərində nəşr olunub. Dərgi ölkənin şimal-qərbində yayılan ədəbi-kulturoloji təmayüllü mətbuat orqanıdır. Türkcə və farsca yayınlanan dərgi, İran mətbuatı sahəsində milli mahiyyət daşımaqla Zəncanda öz fəaliyyətini davam etdirir. Jurnal iki dillidir,A4 formatında yayınlanır. Bütün yazılar həm Azərbaycan, yaxud İstanbul türkcəsi, həm də farsca dərc olunur. Dərginin nəşr dövriyyəsi aylıq, ümumi həcmi 40 səhifədir. İndiyədək dərginin 80-dən artıq sayı işıq üzü görüb. Ancaq aylıq nəşrlərlə yanaşı, dərginin müxtəlif mövzulara aid ondan artıq özəl sayı da yayınlanıb.
Bayram (Üskü)
Bayram (fars. بايرام‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.671 nəfər yaşayır (771 ailə).
Bayram (şəhər)
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Bayram Allahverdiyev
Bayram Vəli oğlu Allahverdiyev (1938, Arçut, Böyük Qarakilsə rayonu – 21 fevral 2019) – BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müəllimi, tarix üzrə elmlər doktoru, professor. == Həyat və fəaliyyəti == Bayram Vəli oğlu Allahverdiyev 23 yanvar 1938-ci ildə Kirovakan rayonu Arçut kəndində anadan olmuşdur. 4 övladı var. 1962-1964-cü illər Qərbi Azərbaycanın Loru-pəmbək bölgəsində Arçut kəndində klub müdiri vəzifəsində işləmişdir. 1968 –ci ildə Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi; 1968-ci ildən Bakı Dövlət Universitetində çalışmışdır. 1968-1992-ci illərdə BDU-nun "Biblioqrafiyaşünaslıq" kafedrasının dosent və professoru vəzifəsində işləmişdir. 1992-ci ildən 2012-ci ilə qədər BDU-nun "Kitabşünaslıq və nəşriyyat işi" kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2008-ci ildən nəşr olunan "Kitabşünaslıq və nəşriyyat işi" jurnalının təsisçisi və baş redaktoru olmuşdur. == Təhsili, elmi dərcəsi və elmi adları == Ali, filologiya elmləri namizədi, tarix elmləri doktoru, professor. == Müdafiə etdiyi dissertasiya mövzuları == Namizədlik dissertasiyasının mövzusu və müdafiə etdiyi il: "Orta əsr Azərbaycan kitabı (XI – XVIII əsrlər)" - 1968-ci il, may.
Bayram Apoyev
Bayram Fəti oğlu Apoyev (Apoyev Bayram Fəti oğlu (Ağrıdağ)) — tanınmış alim-şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü; "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi". == Həyatı == B.F.Apoyev 15 aprel 1957-ci ildə Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. 1964- 1974-cü illərdə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kənd orta məktəbində təhsil almışdır. 1978-ci ildə V.İ.Lenin adına APİ-ni ( indi ADPU ), 1988-ci ildə Azərb. ETPEİ –nin (indi Azərbaycan Respublikası Təhsil İnstitutu) aspiranturasının əyani şöbəsini bitirmişdir. 1989-cu ildə “ İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri ” mövzusunda dissertasiya müdafiə edib pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim, 1994-cü ildə həmin kafedrada dosent vəzifəsinə seçilmişdir. 1994-2002-ci illərdə Pedaqogika və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.2007-ci ildən hal-hazıra kimi Pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.100- ə yaxın elmi əsərin, o cümlədən 22 adda elmi monoqrafiya, dərslik, dərs vəsaiti və elmi- metodik vəsaitin,100-dən yuxarı qəzet məqaləsinin müəllifidir.2017-ci ildə " Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi " mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, iki oğlu, iki qızı var. == Kitabları == 1.
Bayram Babaşov
Bayram İlqar oğlu Babaşov (9 iyul 1993, Cəlilabad rayonu – 2 oktyabr 2020, Kəlbəcər rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsinin şəhidi. == Həyatı == Bayram Babaşov 1993-cü il iyulun 9-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 2009-2012-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb.2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. Ailəli idi. 1 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Bayram Babaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bayram Babaşov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Babaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Bayram Bayramov
Bayram Salman oğlu Bayramov (11 dekabr 1918, Şıxavənd[d], Gəncə quberniyası – 9 noyabr 1994, Bakı) — nasir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Xalq yazıçısı (1984), Azərbaycan SSR dövlət mükafatı laureatı (1990), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). == Həyatı == Bayram Bayramov 1918-ci il dekabrın 11-də Cavanşir qəzasının Şıxavənd kəndində (indiki Ağdam rayonunun Əlimədədli kəndi) ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdir (1934–1938). Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim (1938–1940), Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri (1940–1941), Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri (1941–1942) işləmişdir. Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır (1942). Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik etmişdir. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluq etmişdir. Tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirmişdir: Yeddiillik məktəbin müəllimi (1944–1945) işləmişdir. 1945–1950-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır. Sonra N. K. Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim (1948–1955), radionun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor (1956–1958), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi (1958–1960), Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi (1960–1963) işləmişdir.
Bayram Bağırov
Bağırov Bayram Məhəmməd oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi, Beynəlxalq Ekologiya Akademiyasının üzvü, SSRİ-nin fəxri ixtiraçısı, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının elmlər doktoru və elmlər namizədi dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının üzvü. O, 2016 cı ildə bir sıra dərsliyin və monoqrafiyaların müəllifidir. " Başım ağrıyor", "Kartofun Cücüyü" , "Rasimə el qızı " , "Xaş ilə bozbaş" əsərləri indidə oxucular tərəfindən sevilir . == Həyatı == == Yaradıcılığı == Bayram Bağırovun ilk elmi əsəri hələ tələbə ikən çap olunmuşdu. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) mexanikiləşdirmə fakültəsində oxuyarkən ikinci kursdan tələbə elmi cəmiyyətində kənd təsərrüfatı maşınları kafedrasının müdiri t.e.d., prof M.R.Məhəmmədəliyevin rəhbərliyi altında "Yer maqnetizimindən kənd təsərrüfatında istifadə edilməsi" mövzusunda elmi-tədqiqat işi aparmış, bu barədə Moskva, Leninqrad, Tbilisi şəhərlərində məruzə etmiş, mütəxəssislərin yüksək rəyini almışdır. Sonradan həmin mövzu üzrə diplom layihəsi işləmiş, onu böyük müvəffəqiyyətlə müdafiə etmişdir. Diplom layihəsinin müdafiəsi zamanı düzəltdiyi yer maqnetizminin təsiri ilə işləyib kvadrat yuva üsulu ilə səpin aparan maşının işlək modelini Dövlət komissiyası qarşısında nümayiş etdirmişdir. İş əla qiymətləndirilmiş, müəllifin aspiranturada oxuması tövsiyə olunmuşdur. Bundan başqa, rəssamlıq, şairlik, müsiqişünaslıq istedadı da vardır. Onun çəkdiyi "Zəngilan löhvələri", "Dağ çayı", "Aşırım", " İki qaniçən", "Qara buludlar", "Avtoportret", "M.N.Tusi" və s.
Bayram Budaqov
Bayram İsmayıl oğlu Budaqov (8 yanvar 1994, Sabirkənd, Marneuli rayonu – 10 oktyabr 2020, Odessa) — hücumçu mövqeyində çıxış etmiş Ukrayna və Azərbaycan futbolçusu. == Karyerası == === Klub karyerası === Bayram Budaqov 8 yanvar 1994-cü ildə Gürcüstanın Marneuli bələdiyyəsinin Sabirkənd kəndində anadan olub. Ukraynanın "XQVUFK-1 Xarkov", "Metallist Xarkov", "İliçyovets Mariupol" və "Dnepr" komandalarının yetirməsidir. Sonuncunun heyətində 2011-2014-cü illər aralığında əvəzedicilərin çempionatında 55 oyun keçirib, 9 qol vurub. 2014-cü ildə "Dnepr"lə müqaviləsi başa çatan Budaqov komandanı tərk edib. 2014-cü ilin iyun ayında "AZAL" və "Xəzər Lənkəran", iyul ayında "Qəbələ", 2015-ci ilin mart ayında isə "Neftçi" komandasında baxışda olub. 2016-cı il qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran"la müqavilə bağlayıb. 3 aprel 2016-ci ildə "Qarabağ"a qarşı oynanılan görüşdə yeni komandasında debüt edib. "Xəzər Lənkəran"ın heyətində ilk və yeganə qolunu 20 may 2016-ci ildə "Rəvan"ın qapısından keçirib. 2016-2017 mövsümünü Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail"in heyətində keçirib.
Bayram Hacıyev
Bayram Hacıyev (tam adı Hacıyev Bayram İbrahim oğlu; d. 30 iyun 1900, Şuşa — ö. ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1918-ci ildə Şuşa real məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Fransanın Paris şəhərinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Bayram Hacızadə
Bayram Hacızadə — "Azərbaycan Karikatura Mərkəzinin" rəhbəri, karikaturaçı-rəssam. == Həyatı == Bayram Hacızadə 7 may 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1986-cı ildən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı-rəssam kimi çıxış edir. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir. 2005-ci ildən "Biz və Karikatura" jurnalının baş redaktorudur. 2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr seçilib. 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir.
Bayram Heydərov
Bayram Heydərov (hakim)
Bayram Hüseynli
Hüseynli Bayram Xəlil oğlu (22 mart 1923, Gəncə – iyul 1992) — musiqişünas, professor == Həyatı == Bayram Xəlil oğlu 1923-cü il martın 22-də Gəncə şəhərində anadan olub. Ilk musiqi təhsilini də burada alıb. 1941-ci ildə Gəncə musiqi texnikumuna daxil olub. 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakültəsində təhsilini davam etdirib və ali musiqi təhsili alıb, təhsil almaqla yanaşı M. Maqomayev adına Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında işləyib, ansablın instrumental qrupuna rəhbərlik edib. Musiqi texnikumunda müəllim, Gəncə dövlət filarmoniyasında xormeyster işləyib. 1959–1962-ci illərdə Azərbaycan EA Me’marlıq və Incəsənət Intstitutunun aspiranturasında namizədlik mövzusu üzərində зalışıb, 1966-cı ildə "Azərbaycan xalq rəqs musiqisi" mövzusunda dissertasiya müdafiə edib və sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1972-ci ilə qədər Institutda elmi işзi kimi зalışıb, folklor tədqiqatları aparıb. 1970-ci ildən ömrünün sonuna kimi o, Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib. 1976-cı ildə kafedranın dosenti, 1991-ci ildə isə professoru seзilib. B. X. Hüseynli uzun müddət Konservatoriyanın xalq musiqisi kabinetinə rəhbərlik edib.
Bayram Hüseynzadə
Bayram Hüseynzadə (25 dekabr 1974, Kükü, Şahbuz rayonu) — əməkdar jurnalist, Bakı Universiteti (1997–1998) və Azərbaycan müəllimi qəzetinin (2007–2017) baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Mühəndislik Universitetinin tərbiyə işləri üzrə prorektoru. == Həyatı == Bayram Əvəz oğlu Hüseynzadə 1974-cü il 25 dekabr tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəhbər kadrların idarə olunması fakültəsini bitirib. 1998–2001-ci illərdə BDU-nun aspirantura şöbəsində təhsil almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 8 dekabr 2009-cu il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ailələlidir. 3 övladı var. == Karyerası == 1997–1998-ci illərdə "Bakı Universiteti" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. 1998–2013-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzi aparatında baş mütəxəssis, sektor müdiri və ictimaiyyətlə əlaqə şöbəsinin müdiri vəzifələrini icra edib.
Bayram Kürdəxanlı
Bayram Kürdəxanılı (31 dekabr 1962, Bakı – 22 avqust 2017, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1962-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana" İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. === Həbsi === 2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. == Vəfatı == Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb. Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib.
Bayram Kürdəxanılı
Bayram Kürdəxanılı (31 dekabr 1962, Bakı – 22 avqust 2017, Bakı) — azərbaycanlı meyxanaçı. == Həyatı == Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1962-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. Məşhur meyxanaları "Noldu sana" İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. === Həbsi === 2014-cü ilin iyul ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. == Vəfatı == Bayram Kürdəxanılını avtomobil vuraraq öldürüb. Hadisə 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində baş verib.
Bayram Musayev
Musayev Bayram Mehman oğlu (20 mart 2001, Sabirabad rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur. Novruzda doğulduğu üçün adını Bayram qoymuşdular. Orta məktəbi Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində oxuyub. O öz istəyi ilə sənədlərini Sabirabad rayonu Peşə Liseyinə verir. Liseyi müvəffəqiyyətlə qurtararaq, traktorçu ixtisasına yiyələnmişdir. Bayramın 7 yaşı olanda anası Qızbəst xanım rəhmətə gedir, Bayram anadan yetim qalır. == Döyüş yolu == Bayram Musayev 2019-cu ilin iyulunda Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Bayram həqiqi hərbi xidmətini Ağdam rayonunun “N”saylı hərbi hissəsində keçmişdir. İkinci Qarabağ müharibəsi başlayanda da hərbi hissədən birbaşa cəbhəyə yollanan Bayram, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edir və 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır.
Bayram Mustafayev
Bayram Bəxtiyar oğlu Mustafayev (23 may 1987; Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Bayram Mustafayev 1987-ci il mayın 23-də Bakı şəhərində anadan olub. Şəxsi məşqçisi Bəxtiyar Mustafayevdir. == Karyerası == Bayram Mustafayev 2011-ci ildə Kroli şəhərində (Birləşmiş Krallıq), 2013-cü ildə isə Eger şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatlarının qalibi oldu. Bayram Mustafayev 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Paralimpiadanın birinci görüşündə Rusiya nümayəndəsi Vihtor Rudenhoya qalib gələn Bayram Mustafayev, 1/4 final mərhələsində Çin nümayəndəsi Xu Jaoya məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Bu mərhələnin birinci görüşündə Bayram Mustafayev Əlcəzair nümayəndəsi Sid Ali Lamriya məğlub oldu və turniri yeddinci pillədə başa vurdu. Bayram Mustafayev 2014-cü ildə Kolorado Sprinqs şəhərində (ABŞ) Dünya Çempionatının qızıl medalına sahib oldu. 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatında da qızıl medala sahib olan Bayram Mustafayev, üçüncü dəfə Avropa Çempionatının qalibi oldu.
Bayram Məmmədov
Bayram Məmmədov (1 mart 1995, Azərbaycan – 2 may 2021, Türkiyə) — azərbaycanlı ictimai-siyasi fəal; "Amnesty International"-ın tanıdığı sabiq siyasi məhbus. Bayram Məmmədov və dostu, digər siyasi fəal Qiyas İbrahim 2016-cı il mayın 10-u gecə saatlarında Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə "FUCK THE SYSTEM", sol tərəfinə isə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələrini yazdılar və həmin gündəcə Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə ittiham olundular. Nəticədə Bayram Məmmədov və Qiyas İbrahim 10 il müddətinə azadlıqdan məhrum edildi. 2019-cu cu il martın 16-da imzanan əfv sərəncamına əsasən Bayram və Qiyas azadlığa buraxıldı. == Həyatı == Bayram Məmmədov 1995-ci il martın 1-də anadan olub. O, 2 may 2021-ci ildə Türkiyədə ölüb. Rəsmi açıqlamaya görə, o, dənizdə boğulub. == Fəaliyyəti == Bayram Məmmədov və Qiyas İbrahim 2016-cı il mayın 10-u gecə saatlarında Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin abidəsinin postamentinin ön tərəfinə "FUCK THE SYSTEM", sol tərəfinə isə "QUL BAYRAMINIZ MÜBARƏK" ifadələrini yazdılar. Hər bir ifadənin aşağısında anarxistlərin rəmzidə yer aldı. Həmin fotolar mayın 10-u səhər saatlarında sosial mediada və xəbər portallarında yayıldı.
Bayram Nuruzadə
Bayram Nuruzadə (29 mart 1996-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Sumqayıt" FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Sumqayıt === Nuruzadə Sumqayıt FK akademiyası vasitəsilə inkişaf etmişdir. Nuruzadə əsas komanda ilə debütünü 20 dekabr 2013-cü ildə etmişdir. O, 84-cü dəqiqədə Xəzər-Lənkəran FK klubu ilə qarşılaşmada Aqşin Muxtaroğlunu əvəz etmişdir. Həmin görüşdə Sumqayıt Azərbaycan Premyer Liqası görüşündə Xəzər-Lənkərana 4-3 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Bayram Nəsibov
Bayram İsmayıl oğlu Nəsibov - "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb. == Haqqında == 1930-cu il martın 22-də Todan kəndində anadan olmuşdur. 4 oğlu, 4 qızı qaldı. == Şəhid olması == Yanvarın 15-də Todan kəndinin üstündəki təpədə yerləşən Maraşen kəndi yaxınlığında və rusların yaşadığı Mixaylovka kəndi ətrafında toqquşmalar baş vermiş, ölənlər və yaralananlar olmuşdur.Nəsibov Bayram həmin gün kəndin müdafiəsi uğurundakı atışmada həlak olmuşdur. Gəncə qəbiristanlığında dəfn edilmişdir. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992.
Bayram Orucov
Bayram Çərkəz oğlu Orucov (17 fevral 2001, Alpout, Göyçay rayonu – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bayram Orucov 2001-ci il fevral 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub. 2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Bayram Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Bayram Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında savaşıb. Bayram Orucov oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.